XİN Rəhbəri: "Ermənistanın işğalçı siyasəti regional əməkdaşlıqın inkişafına ciddi maneədir"
Arannews- Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində BMT Baş katibinin müavini və Dənizə çıxışı olmayan və inkişaf etməkdə olan kiçik ada dövlətləri üzrə xüsusi nümayəndə Gyan Çandra Açarya ilə görüşüb.
görüşdə Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal olunmuş ərazilərimizdə törətdiyi vəhşiliklər, o cümlədən nəqliyyat infrastrukturlarının dağıdılması barədə məlumat verən E.Məmmədyarov Ermənistanın destruktiv və işğalçı siyasətinin regional əməkdaşlıq və inteqrasiyanın tam şəkildə inkişafına, regionda davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinə ciddi maneə olduğunu bildirib.