Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda münaqişələrin nizamlanması beynəlxalq gündəlikdə mühüm yer tutmalıdır.
Arannews- Avropanın Şərq qonşularının təhlükəsizliyi Latviya üçün strateji prioritetlərdən biri olaraq qalır. Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda münaqişələrin nizamlanması beynəlxalq gündəlikdə mühüm yer tutmalıdır.bunu BMT Baş Assambleyasının 71-ci sessiyasında çıxışı zamanı Latviya prezidenti Veyonis Raymonds deyib.
Raymonds qeyd edib ki, bütün ölkələr beynəlxalq hüquq çərçivəsində üzərilərinə götürdükləri öhdəliklərə əməl etməli və suveren dövlətlərin sərhədlərinə hörmətlə yanaşmalıdırlar.