Tarix : 2016 Sep 23
Kod 50309

Ərəbistan XİN rəhbərinin xanımı: Ərim homoseksualdır, boşanıram

Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil Əl-Cubeyrin həyat yoldaşı gözlənilməz açıqlama ilə çıxış edib.
AranNews”-un verdiyi məlumata görə, Küveytin "Əl-Qabas’’ qəzeti Səud XİN rəhbərinin xanımı Fərəh Əl-Fayezə istinadən yazır: "Fərəh Əl-Fayez ərinin "homoseksual" olduğu üçün İngiltərədə məhkəmələrdən birinə ona qarşı boşanma iddiası qaldırıb.   
Səudiyyə Ərəbistanının 50 yaşlı ən gənc diplomatı əxlaqsızlıqla yanaşı Tailandda əxlaqsız azlıqların mərasimlərində də iştirak etməkdə ittiham edilir.   
Jurnalistlərin yayılan xəbərlərə dair suallarını cavablandırmaqdan yayınan Səud şahzadəsi mövzu barədə sükut etməkdə davam edir.   
Adil Əl-Cubeyrin xanımı jurnalistlərə verdiyi açıqlamalarına bunları əlavə edib: "Həyat yoldaşımın tailandlı kişilərlə fiziki münasibətdə olmasına dair əlimdə təkzibedilməz faktlar var, onsuz da yoldaşım da bir həftə əvvəl belə bir məsələnin olduğunu özü də təsdiq etdi".   
İslamda böyük günahlardan sayılan homoseksuallıq barədə çok ağır cəzalar təyin edilib.    
Səudiyyə Ərəbistanı rejimi belə əxlaqsızlıqda ittiham edilənləri edam etməkdədir. Ancaq həyat yoldaşının əlində təkzib olunmayan faktlar olmasına baxmayaraq bu qərarın Adil Əl-Cubeyr kimi Səud şahzadəsi haqqında icrası olduqca uzaq ehtimaldır. /Rasthaber/
  • Yazılıb
  • da (də) 2016 Sep 23
  • Göndərən مدير سايت Aran News