ABŞ senatı, prezident Obama rəhbərliyinin, Səudiyyə Ərəbistanına bir milyard dollardan artıq tank və silah satışı layihəsini təsdiq edib.
“AranNews”-un verdiyi məlumata görə, Senatda keçirilən səsvermədə bu layihənin həyata keçirilməsinə razılıq verilib.
Qeyd edək ki, rəsmi pentaqon, avqust ayının 9-da Səudiyyə Ərəbistanına 1,15 milyard dollarlıq 130 tank, 20 zirehli maşın və digər avadanlıq satmışdı.
Xatırladaq ki, təcavüzkar Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri, 2015-ci ilin mart ayından bəri Yəmənə hava hücumları təşkil edir.
BMT-nin yaydığı hesabata görə, hücumlarda minlərlə dinc sakin dünyasını dəyişib. Səudiyyə rejiminin Amerikadan aldığı müasir silahlarla Yəmən müsəlman xalqına hər gün hava hücumları təşkil edir. İndiyə qədər bu hücumlarda 7 mindən çox dinc sakin ölüb, on minlərlə insan yaralanıb. Ölənlərin əksəriyyəti qadınlar və körpə uşaqlardır.
Səudiyyə Ərəbistanının rejiminin müdafiəsiz Yəmən xalqına qarşı bu silahlardan istifadə etməsinə baxmayaraq, Amerika senatı bu ölkəyə yenidən silah satılmasını təsdiq edib. /sizinyol.com/