Hindistanın baş naziri Narendra Modi azana ehtiram olaraq çox mühüm çıxışını yarımçıq saxlayıb.
“AranNews”-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, Hindistanın baş naziri yaxınlıqda olan məsciddən gələn azan səsini eşidərək, dərhal çıxışını ehtiram olaraq dayandırıb. Bu zaman Modi tərəfdarları qarşısında mühüm çıxış edirdi.
Qeyd edək ki, Modi 2014-cü ildə xalq tərəfindən baş nazir seçilib.