Küveyt Məhkəməsi Əbdülhəmid Dəşti haqqında 11 il azadlıqdan məhrum etmə qərarı çıxarıb.
“AranNews”, beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Kuveytdə ölkə başçısı Əmir Şeyx Sabah Əl-Əhməd Əl-Cəbir Əl-Sabahı tənqid etmək,onu təhqir etmək kimi dəyərləndirilir və Kuveytdə onlarla fəal son illərdə əmiri təhqir etmək ittihamı ilə həbs olunublar.
Ə.Dəşti barəsində 11 il azadlıqdan məhrum etmə cəzası onun barəsində 2 ay öncə 14 il 6 ay azadlıqdan məhrum etmə qərarından az sonra qəbul olunub.
Ə.Dəşti mart ayında Kuveytdən çıxıb və hazırda Britaniyada müalicəalır.
Qeyd edək ki, Əbdülhəmid Dəşti Səudiyyənin Yəmənə hücumunu və 2011-ci ildən bəri Bəhreynin daxili işlərinə qarışaraq xalq üsyanını yatırtmasını tənqid edib.