Fələstinli əsirlərin 3 ay davam etdirdikləri aclıq aksiyası sionist İsrail rejimini geri addım atmağa vadar edib.
“AranNews”, “Deyerler.org”-ya istinadən xəbər verir ki, Fələstinin İslami Cihad Hərəkatı rəsmilərdindən Şeyx Xızr Adnan sionist İsrail rejimin nəhayət aclıq aksiyasını davam etdirən 3 fələstinli əsirin tələbini qəbul etdiyini deyib.
Təxminən 3 aydır aclıq aksiyalarını davam etdirən Məhəmməd və Mahmud Əl-Bülbül qardaşları ilə Malik Əl-Kadi inzibati həbs cəzalarına qarşı başlatdıqları mübarizədən qalib çıxıblar.
Fələstinli Əsirlər təşkilatının nümayəndə heyəti dünən məsələ ilə bağlı yaydıqları bəyanatda, sionist rejimilə əldə olunan razılaşma nəticəsində inzibati həbs cəzalarının yenidən uzadılmaması müqabilində əsirlərin aclıq aksiyalarını dayandırdıqları bildirilib.
Fələstin İnformasiya Mərkəzinin müxbiri yerli mənbələrdən və hüquqşünaslardan əldə etdiyi məlumata əsasən, əsir Malik Əl-Kadi inzibati həbs cəzasının bitməsi ilə əlaqədar sabah azadlığa buraxılacaq. Razılaşmaya əsasən, əsir qardaşlar Məhəmməd Əl-Bülbül və Mahmud El-Bülbülün isə dekabrın 8-də azad ediləcəklər.
Qeyd edək ki, son vaxtlar sionist İsrail rejimi həbsxanalarında fələstinli əsirlərə qarşı tətbiq olunan işgəncələr və pis davranışlar səbəbilə fələstinli əsirlər mütəmadi aclıq aksiyaları keçirir.