Türkiyədə Fətullah Gülənin başçılıq etdiyi Hizmət hərəkatı ilə əlaqədə olduqları üçün 785 işçi qovulub.
Arannews- Türkiyənin əmək naziri Fətullah Gülənin başçılıq etdiyi Hizmət hərəkatı ilə əlaqədə olduqları üçün 785 işçinin azad edilməsindən xəbər verib.
Mehmet Müezzinoğlu deyib: Əmək Nazirliyinin gülənçilərdən təmizləmək əməliyyatı davam etdiriləcək.
Türkiyə hökuməti Fətullah Gülən və onun tərəfdarlarını hökumət aparatlarına nüfuz etmək, paralel dövlət yaratmaq və 15 iyun uğursuz dövlət çevrilişini planlamaqda ittiham edir.
Rəsmi Ankara sözü gedən dövlət çevrilişinə cəhddən sonra gülənçilərin dövlət idarələri, ordu, məhkəmə və təhsil sistemi iləcə də iqtisadi sahələrdən geniş surətdə təmizlənilməsinə başlamışdır.