Rusiya prezidenti: "mən Sovet İttifaqının dağılmasının əleyhinəyəm. Bunu etmək heç bir gərək yox idi".
Arannews- Rusiyanın prezidenti Vladimir Putin bildirib ki, SSRİ-ni dağıtmaq lazım deyildi.
Putinin sözlərinə görə, SSRİ-nin tərkibində ola-ola da demokratik islahatlar yolu ilə getmək mümkün idi, lakin kommunist partiyası ölkə üçün dağıdıcı ideyalar irəli sürüb.
"Siz bilirsiniz ki, mən Sovet İttifaqının dağılmasının əleyhinəyəm. Bunu etmək heç bir gərək yox idi. Sadəcə hakimiyyətdə olan kommunist partiyası ölkə üçün millətçilik və digər dağıdıcı ideyalar irəli sürüb", - deyə o, Kremldə siyasi partiyaların rəhbərliyi ilə görüşündə bildirib.