Tarix : 2016 Sep 24
Kod 50321

millət vəkili: "Rusiya İrəvanı Bakının ayağına vermək istəmir"

Rasim Musabəyov: "Rusiyanın bu siyasəti özü üçün təhlikəlidir"
Arannews- Görünür, Rusiya son vaxtlar Ermənistana milyardlarla dollar dəyərə malik silahlar bağışlamaqla İrəvanı Bakının ayağına vermək istəmir.
Bu sözləri millət vəkili, politoloq Rasim Musabəyov deyib. Deputat Rusiyanın açıq siyasət apardığını vurğulayıb:
 “Azərbaycan Rusiyanın tərəfdaşı, Ermənistan isə tulasıdır. Görünür, Rusiya son vaxtlar yürütdüyü siyasətlə Ermənistanı bizim ayağımıza vermək istəmir. Moskva hazırda Azərbaycana silah satır, ancaq Ermənistanı da boş buraxmır. Bu, birbaşa Rusiyanın imperiya siyasətdir. Ona görə də buna təəccüblənməyə dəyməz”.
Millət vəkili qeyd edib ki, Rusiyanın bu siyasəti özü üçün təhlikəlidir:
 “Ermənistanın bu qədər sürətlə militarisləşdirilməsi Rusiyanın özü üçün də təhlükəlidir. Əslində, bunu çox yaxşı bilən Moskva məhz balans yaratmaqla öz siyasətini açıq şəkildə ortaya qoyur. Bu açıq siyasət isə Azərbaycan və Ermənistanı müharibədən yayındırmaq və hər iki tərəfi özünə yaxın saxlamaqdan ibarətdir”.
Qeyd edək ki, Ermənistan müstəqilliyinin 25 illiyi münasibətilə İrəvanda keçirdiyi paradda T-72 tanklarını, tank əleyhinə özüyeriyən qurğular,  “Qrad”, “Tayfun”, VM-80, “Smerç”, “Konkurs” reaktiv yaylım atəş sistemləri, “Toçka U”, “Skad” taktiki raket komplekslərini nümayiş etdirib.
S-125, Strela-10, “Buk”, S-300 zenit raket kompleksləri də parada çıxarılan texnikalar arasında olub.

  • Yazılıb
  • da (də) 2016 Sep 24
  • Göndərən مدير سايت Aran News