məhərrəm ayında keçiriləcək rəsm müsabiqəsinin mövzusu “Aşura vaqiəsi” və “Kərbəla qiyamı”dır.
Arannews- Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) gələn ay Məhərrəm ayının başlanması ilə bağlı rəsm müsabiqəsi elan edib.
GMİ-nin şeyxi Hacı Ramin İgidov deyib ki, məhərrəm ayında keçiriləcək rəsm müsabiqəsinin mövzusu “Aşura vaqiəsi” və “Kərbəla qiyamı”dır.
Böyüklər və eyni zamanda az yaşlılar üçün keçirilən yarışda rəsmlər Ğ4 (albom vərəqi) və Ğ3 formatlarında qələm və ya fırça ilə istənilən üslubda qəbul edilir.
Ən yaxşı rəsm işlərinin seçilməsi zamanı əsas meyarlar bunlar olacaq: mövzunun açılması, kreativlik (yaradıcılıq qabiliyyəti) və rəsmin pozitivliyi.
Əl işləri oktyabrın 1-dən 15-dək Tbilisi Cümə məscidində qəbul ediləcək.
Hər bir rəsmin arxasında müəllifin adı, soyadı, yaşı, ünvanı və əlaqə üçün telefon nömrəsi kimi zəruri məlumatlar qeyd edilməlidir.
Qaliblərin elan edilməsi və mükafatlandırılması 18 oktyabr üçün nəzərdə tutulub.
Qaliblərə noutbuk, planşet, fotoaparat və digər mükafatların təqdim edilməsi nəzərdə tutulub.