“Reuters” xəbər agentliyi Suriya ordusunun Hələb vilayətində keçirilən hərbi əməliyyatlara bağlı məlumatlar dərc edib.
“AranNews”, Deyerler.org-ya istinadən verdiyi xəbərə görə, sözügedən agentliyin yaydığı məlumatda bildirilir ki, Suriyanın Silahlı Qüvvələri Livanın aparıcı Hizbullah təşkilatının dəstəyi ilə Hələb vilayətində yalnız terrorçuların mövqelərinə qarşı hərbi əməliyyatlar keçirirlər. Suriya ordusu yalnız yaraqlıların mövqelərinə raket zərbələri endirir.
"Bu aviazərbələr mülki vətəndaşların yaşadığı ərazilərə endirilmir. Hərbi əməliyyatlar yalnız terrorçuların mövqelərinə qarşı keçirilir", - deyə Reuters xəbər agentliyinin yaydığı məlumatda bildirilir.