Tarix : 2016 Sep 26
Kod 50331

İraq ordusu Əl-Bağdadi yarımadasını İŞİD-dən tamamilə azad etdi

İraqın Silahlı Qüvvələri Xalq Könüllülərindən ibarət dəstə ilə birgə Əl-Ənbar vilayətinin Əl-Bağdadi yarımadasını İŞİD-dən tamamilə azad etməyə müvəffəq olub.
AranNews”, Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, İraq ordusu bu hərbi əməliyyatlar zamanı terrorçulara çox ağır zərbələr endirib.
Əhli-beyt (ə) davamçılarından ibarət Əl-Həşd əş-Şabi könüllülər dəstəsi həmin adanın azad edilməsində çox böyük rol oynayıb.
Bu əməliyyata İraqın Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr havadan dəstək veriblər. Eyni zamanda İraq ordusu Mosulun girəcəyində yerləşən Şerqat rayonunu İŞİD-dən azad edib.
  • Yazılıb
  • da (də) 2016 Sep 26
  • Göndərən مدير سايت Aran News