Tarix : 2016 Sep 26
Kod 50332

BMT: "Bombardman Hələb şəhərini susuz qoyub"

BMT bildirir ki, şəhəri sakinləri içməli olmayan sudan istifadə etməli olacaqlar.
Həmlələrin şiddətlənməsi nəticəsində Suriyanın Hələb şəhərinin 2 milyonadək sakini içməli susuz qalıb, BMT bildirir.
AranNews”-un verdiyi məlumata görə, BMT Uşaq Fonduna əsasən cümə günu hücumların intensivləşməsinə görə üsyançıların nəzarətindəki şərq rayonlarını su ilə təchiz edən nasos stansiyasını bərpa etmək mümkün olmayıb.
Fond bildirir ki, intiqam almaq məqsədilə bütün şəhəri su ilə təchiz edən ikinci stansiyanın işi qəsdən dayandırılmışdı.
"Bütün Hələbə, iki milyon adama, şəhərin şərq və qərbində yaşayan sakinlərə su təchizatı artıq dayandırılıb", BMT nümayəndəsi BBC-ə bildirib.
Kieran Dwyer-n sözlərinə görə sakinlər içməli olmayan sudan istifadə etmək məcburiyyətində qalacaq. Bu isə xəstəliklərin yayılmasına səbəb ola bilər.
Bazar ertəsi atəşkəs rejiminin pozulması ardınca Suriya ordusu üsyançıların əlində olan rayonları geri almaq niyyətində olduğunu bildirib.
  • Yazılıb
  • da (də) 2016 Sep 26
  • Göndərən مدير سايت Aran News