Tarix : 2016 Sep 26
Kod 50334

Allaha karikatura çəkmiş yazıçı öldürüldü

İordaniyalı yazıçı, xristian Nahed Hatta sentyabrın 25-də məhkəmə binasına girərkən öldürülüb.
Nahed Hatta dinə qarşı hörmətsizlik etmə ittihamı ilə məhkəməyə verilmişdi.
O, sosial mediada Allah və İslamın təhqir olunması kimi qəbul edilən karikatura yayandan sonra tənqidlərlə üzləşmişdi.
AranNews” xəbər verir ki, Səmada qadınların əhatəsində iri yataqda uzanan və Allahdan ona şərab gətirməsini istəyən saqqallı kişinin təsvir olunduğu karikaturanı yayandan sonra Nahed Hatta həbs olunmuşdu.
Mühafizəkar müsəlman iordaniyalıların çoxu karikaturanı dini dəyərlərə təhqir kimi qəbul edib. Hakimiyyət bildirib ki, Nahed Hatta karikaturanı yaymaqla qanunu pozub. /Faktinfo.az/
  • Yazılıb
  • da (də) 2016 Sep 26
  • Göndərən مدير سايت Aran News