Arannews- Məhərrəm ayı yaxınlaşır.Agah olun ki, bu ay qəm və qüssə ayıdır. İmam Rza (ə) buyurur: “O zaman ki, Məhərrəm ayı gəlib çatardı, heç kəs atamı gülərüz görməzdi. Davamlı olaraq 10 gün qəm və qüssə ona qalib gələrdi. Aşura günü olan zaman onun üçün müsibət və ağlamaq günü olardı. Buyurardı: “Bu, o gündür ki, Hüseyn (ə) şəhid olmuşdur".
Məhərrəm ayı Qəməri ilinin ilk ayıdır və Məhərrəm ayının ilk gecəsinin bir neçə əməli zikr edilir. Belə ki, yüz rükətli namaz vardır ki, hər rükətində “Həmd” və “İxlas” oxunar. Bundan başqa iki rükətli namaz vardır ki, birinci rükətdə “Həmd” və “Ənam” surələri və ikinci rükətdə “Həmd” və “Yasin” surəsi oxunar. Bundan başqa iki rükətli namazdır ki, hər rükətdə “Həmddən” sonra 11 dəfə “İxlas” oxunar.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bu iki rükət namazı bu gecədə yerinə yetirər və sabahısı günü oruc tutar, o kəs kimi olar ki, bütün il boyunca xeyir iş görmüşdür. Həmin ildə amanda olar və əgər ölərsə behiştə gedər”.
Məhərrəm ayının ilk gününün əməlləri:
1. Oruc. İmam Rza (ə) buyurur: “Hər kim bu günü oruc tutar və Allahı çağırar, Allah duasını yerinə yetirər”.
2. İki rükətli namaz qılmaq. İmam Rza (ə) Peyğəmbərdən (s) nəql edir ki, Məhərrəm ayının ilk gününündə iki rükət namaz qılandan sonra əlləri səmaya tərəf uzadıb bu duanı 3 dəfə oxuyun:
اللَّهُمَّ أَنْتَ الْإِلَهُ الْقَدِيمُ وَ هَذِهِ سَنَةٌ جَدِيدَةٌ فَأَسْأَلُكَ فِيهَا الْعِصْمَةَ مِنَ الشَّيْطَانِ وَ الْقُوَّةَ عَلَى هَذِهِ النَّفْسِ الْأَمَّارَةِ بِالسُّوءِ وَ الاشْتِغَالَ بِمَا يُقَرِّبُنِي إِلَيْكَ يَا كَرِيمُ يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ يَا عِمَادَ مَنْ لا عِمَادَ لَهُ يَا ذَخِيرَةَ مَنْ لا ذَخِيرَةَ لَهُ يَا حِرْزَ مَنْ لا حِرْزَ لَهُ يَا غِيَاثَ مَنْ لا غِيَاثَ لَهُ يَا سَنَدَ مَنْ لا سَنَدَ لَهُ يَا كَنْزَ مَنْ لا كَنْزَ لَهُ يَا حَسَنَ الْبَلاءِ يَا عَظِيمَ الرَّجَاءِ يَا عِزَّ الضُّعَفَاءِ يَا مُنْقِذَ الْغَرْقَى يَا مُنْجِيَ الْهَلْكَى يَا مُنْعِمُ يَا مُجْمِلُ يَا مُفْضِلُ يَا مُحْسِنُ، أَنْتَ الَّذِي سَجَدَ لَكَ سَوَادُ اللَّيْلِ وَ نُورُ النَّهَارِ وَ ضَوْءُ الْقَمَرِ وَ شُعَاعُ الشَّمْسِ وَ دَوِيُّ الْمَاءِ وَ حَفِيفُ الشَّجَرِ يَا اللَّهُ لا شَرِيكَ لَكَ اللَّهُمَّ اجْعَلْنَا خَيْرا مِمَّا يَظُنُّونَ وَ اغْفِرْ لَنَا مَا لا يَعْلَمُونَ وَ لا تُؤَاخِذْنَا بِمَا يَقُولُونَ حَسْبِيَ اللَّهُ لا إِلَهَ إِلا هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَ هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ آمَنَّا بِهِ كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا وَ مَا يَذَّكَّرُ إِلا أُولُوا الْأَلْبَابِ رَبَّنَا لا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَ هَبْ لَنَا مِنْ لَدُنْكَ رَحْمَةً إِنَّكَ أَنْتَ الْوَهَّابُ
Şeyx Tusi deyir: “Məhərrəm ayının 9 gününün orucu müstəhəbdir. Lakin Aşura günü oruc tutmaq məkruhdur. Bu ayın Aşura günündən başqa qalan günlərini oruc tutmaq müstəhəbdir, insanı günahlardan təmizləyər”.