Tarix : 2016 Sep 26
Kod 50339

MMCA hacker qruplaşması Yüzlər azərbaycanlı zabitin məlumatları ələ keçirib

əldə olunmuş arxivlər arasında zabitlərin yaşam ünvanları, telefon nömrələri və digər şəxsi məlumatlar yer alır.
Arannews- Monte Melkonian Cyber Army (MMCA, MMCyber Army) hacker qruplaşmasının üzvlərinin sözlərinə görə onlar 1200 azərbaycanlı zabitinə məxsus məlumatları əldə ediblər.
əsasən əldə olunmuş arxivlər arasında zabitlərin yaşam ünvanları, telefon nömrələri və digər şəxsi məlumatlar yer alır. Noyer_1K və n0p_c0ntr01 adlı hackerlərin başçılığı ilə qruplaşma həmçinin Azərbaycan banklarından birinin müştəri bazasını əldə edib. Beləliklə hackerlər daha 10.000 insanın şəxsi məlumatlarını ələ keçiriblər. MMCA hacker qruplaşmasının sözlərinə əsasən bu hack edilmə prosesi Ermənistanın hər il 21 Sentyabr tarixində keçirtdiyi müstəqillik gününün 25 illiyinə həsr olunmuşdur. Qeyd edək ki, bu ilin Aprel ayında sözügedən hacker qruplaşması bildirmişdi ki, onlar 25.000 Azərbaycan hərbçisinin şəxsi məlumatlarını əldə ediblər.

  • Yazılıb
  • da (də) 2016 Sep 26
  • Göndərən مدير سايت Aran News