Rəsmi Bakı Az. R. xalqının Sionist Rejim ilə əlaqələrin qurulmasına müxalif olduğuna baxmayaraq elə də Fəlsətin ərazilərini işğal etmiş işğalçılarla əlaqələrini genişləndirməyə israrlıdır .
Azerbaijan Servisi/Aran Agentliyi
Sionist Rejimin infrastruktur naziri Benyamin Elyarez bazar ertəsi günü Az. R-nin paytaxtı Bakı şəhərinə daxil olub .
ANS İnformasiya Agentliyi xəbər verir : Ben Elyarez beynəlxalq Heydər Əliyev hava limanına daxil olduqdan sonra müxbirlər qarşısında deyib ki , onun bu səfəri Sionist İsrail Rejimi ilə İlham Əliyev hökuməti arasında əməkdaşlıq sahəsində müxtəlif potensial və imkanlara yiyələndiyi bir halda baş tutub.
Elyarez Az. R-ə səfərində məqsədinin Bakıda Xəzərin 15-ci illik neft və qaz sərgisi və konfransda iştiak etmək olduğunu bildirərək Az. R-ni Sionist İsrail Rejimi üçün mötəbər siyasi dost və şərik sayıb . Qeyd edək ki , Sionist Rejim bir neçə müddət bundan öncədən özünün yanacağa olan tələbatının böyük hissəsini Az. R-dən təmin edirdi . Belə ki , Sionist Rejimin Livan Hizbullahına qarşı 33 günlük təcavüzündə bu rejimin hərbi maşınları və hərbi təchizatlarının yanacağına olan tələbatı Az. R-dən təmin edilirmiş.
Rəsmi Bakı Az. R. xalqının Sionist Rejim ilə əlaqələrin qurulmasına müxalif olduğuna baxmayaraq elə də Fəlsətin ərazilərini işğal etmiş işğalçılarla əlaqələrini genişləndirməyə israrlıdır .