cəfər Sərqini: "neft-qaz sahəsində Azərbaycan-İran əməkdaşlığının səviyyəsi qaneedici deyil".
Arannews- Azərbaycanla İran arasında mal dövriyyəsi azı 3 dəfə artıra bilər.
bunu İranın sənaye, hasilat və ticarət nazirinin müavini Hoseyn Esfəhbodi deyib.
Nazir müavini qeyd edib: "Hazırda iki ölkə arasında mal dövriyyəsinin həcmi təxminən 100 milyon dollar təşkil edir. Bu göstərici bizi qane edə bilməz, onun heç olmasa gələn il 300 milyon dollara çatdırmaq lazımdır".
Onun sözlərinə görə, coğrafi baxımdan yaxınlıq iki ölkə biznes nümayəndələri üçün yaxşı imkanlar yaradır, bu həm neft, həm də qeyri-neft sektorunda əməkdaşlığı artırmağa imkan verə bilər.
Həmin nazirliyin digər nazir müavini cəfər Sərqini də qeyd edib ki, neft-qaz sahəsində Azərbaycan-İran əməkdaşlığının səviyyəsi qaneedici deyil. Onun sözlərinə görə, neft-qaz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, avtomobil istehsalı iki ölkə arasında mal dövriyyəsinin artmasına səbəb ola bilər.
İranlı nazir müavini bu sahələrdə Azərbaycanla əməkdaşlığı artırmağa çağırıb.
Avtomobil istehsalı ilə bağlı C.Sarqini qeyd edib ki, Neftçalada yaradılacaq birgə avtomobil zavodundan başqa, avtomobillər üçün ehtiyyat hissələrinin istehsalı üzrə yeni şirkətlər də yaradılacaq.
Bu günə kimi İran şirkətləri Azərbaycan iqtisadiyyatına 2,6 milyard dollar sərmayə qoyublar. Bu məbləğin təxminən 2,5 milyard dolları neft-qaz sahəsinə qoyulub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-avqust ayları ərzində Azərbaycanla İran arasında mal dövriyyəsinin həcmi 122,08 milyon dollar təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 65 faiz çoxdur.