Tarix : 2016 Sep 26
Kod 50341

Rusiyanın hərbi gəmisi Azərbaycana göndərilir

Rusiya Xəzər Dəniz Donanmasının komandanı Sergey Pinçukun rəhbərliyi ilə “Uqliç” kiçik raket gəmisinin Bakıya rəsmi səfəri planlaşdırılıb.
Arannews- Sentyabrın 27-də Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının komandanı kontr-admiral Sergey Pinçukun rəhbərliyi ilə “Uqliç” kiçik raket gəmisinin Bakıya rəsmi səfəri planlaşdırılıb.
Rusiya nümayəndə heyətinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə görüşü, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə səfəri, eləcə də “ADEX-2016” 2-ci beynəlxalq müdafiə Sərgisində iştirakı nəzərdə tutulub.
Səfər sentyabrın 30-dək davam edəcək.

  • Yazılıb
  • da (də) 2016 Sep 26
  • Göndərən مدير سايت Aran News