Arannews- eks-prezident Mixail Saakaşvili Gürcüstana geri dönməyəcək.Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın keçmiş Baş naziri Bidzina İvanişvili söyləyib.
Onun sözlərinə görə, Saakaşvilinin ölkəyə dönməklə bağlı verdiyi bəyanat öz komandasının dağılmasının qarşısını almağa yönəlib.
O, Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının seçkilərdə qalib gəlməyəcəyini bildirib.
Qeyd edək ki, Gürcüstanda parlament seçkisi oktyabrda keçiriləcək.