Tarix : 2016 Sep 27
Kod 50347

eks-prezident Gürcüstana geri dönməyəcək

Bunu Gürcüstanın keçmiş Baş naziri deyib.
Arannews- eks-prezident Mixail Saakaşvili Gürcüstana geri dönməyəcək.
Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın keçmiş Baş naziri Bidzina İvanişvili söyləyib. 
Onun sözlərinə görə, Saakaşvilinin ölkəyə dönməklə bağlı verdiyi bəyanat öz komandasının dağılmasının qarşısını almağa yönəlib. 
O, Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının seçkilərdə qalib gəlməyəcəyini bildirib.
Qeyd edək ki, Gürcüstanda parlament seçkisi oktyabrda keçiriləcək.


  • Yazılıb
  • da (də) 2016 Sep 27
  • Göndərən مدير سايت Aran News