Tarix : 2016 Sep 27
Kod 50355

Alman nəşrindən qalmaqallı iddia: “Cəbhət ən-Nusra-nı ABŞ silahlandırır”

İslamçı “Cəbhət ən-Nusra” ABŞ-da, ən azı, rəsmən terrorçu təşkilat sayılır. Bu qurum üsyançıların Hələb ətrafındakı ən güclü qruplaşmasıdır.
AranNews”-un verdiyi məlumata görə, O, ehtiam olunan silah tədarükündən danışır və hətta qoşun növlərinin adını çəkir.
Bir döyüş dəstəsi komandirinmin məlumatına görə, Suriya “Cəbhət ən-Nusra”sı ABŞ-dan silah alır. Qurumun adamı “Kölner Stadt-Anzeiger” qəzetinə izah edib ki, ABŞ tank əleyhinə “Tow” tipli raketlər tədarük edir.
“Cəbhət ən-Nusra” əvvəllər “Əl-Qaidə”yə bağlı idi. “ABŞ onlara Azad Suriya Ordusu vastəsilə silah tədarük edir?” sualına “Cəbhət ən-Nusranın adamı cavab verib: “Raketləri birbaşa bizə verdilər. Amerikalılar bizim tərəfimizdədir”.
Lakin kooperasiya “Cəbhət ən-Nusra”nın görmək istədiyi kimi alınmır. “Cəbhət ən-Nusra” komandiri atəşə tutulmuş humanitar konvoydan danışır. Todenhöfer bu müsahibəni on gün əvvəl götürüb. “Cəbhət ən-Nusra” komandiri o zaman danışıb ki, prezident Bəşər Əsəd rejimi geri çəkilmək tələbini yerinə yetirməsə, BMT-nin humanitar konvoyunu Hələbə buraxmayacaqlar. Xatırladaq ki, on gün sonra konvoya atəşə tutulub.
“Rejim bütün ərazilərdən çəkilməlidir ki, biz yük maşınlarını buraxaq. Hər hansı yük maşını yenə də keçərsə, biz sürücünü həbs edəcəyik”.
Todenhöferin həmsöhbəti göstərib ki, güzəştə hazır deyil. O deyib: “Biz rejimi devirənə qədər vuruşacağıq. Məqsəd İslam şəriətinə uyğun İslam dövlətinin qurulmasıdır. Biz heç bir dünyəvi dövlət tanımırıq”.

  • Yazılıb
  • da (də) 2016 Sep 27
  • Göndərən مدير سايت Aran News