Tarix : 2016 Sep 27
Kod 50356

Əlimizdə ABŞ hərbçilərinin İŞİD yaraqlıları ilə danışdıqlarını göstərən faktlar var

Suriya parlamentinin sədri Hədiyə Abbas ABŞ hərbçilərinin Deyr Əz-Zor yaxınlığında Suriya ordusuna qarşı həyata keçirdiyi bombardmandan əvvəl İŞİD yaraqlıları ilə danışdıqlarını bildirib.
AranNews”, Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, Hədiyə Abbas İranın paytaxtı Tehrana səfəri mətbuata açıqlamasında, Suriya kəşfiyyatının əlində ABŞ hərbçilərinin Deyr Əz-Zora hücumdan əvvəl İŞİD yaraqlıları il danışdıqıarını göstərən səs qeydlərinin olduğu deyib.
O, ABŞ hərbçilərinin Deyr Əz-Zor yaxınlığında təşkil etdikləri hava hücumlarından sonra İŞİD yaraqlılarını Suriya ordusunun mövqelərinə hücum etməyə istiqamətləndirdiklərini qeyd edib. Abbas səsyazmalarla bağlı ətraflı məlumatın ictimaiyyətə açıqlanacağını da vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri sentyabrın 17-də Deyr əz-Zor yaxınlığında Suriya ordusu mövqelərinə xəta adlandırdıqları hava hücumlarında 62 əsgər həlak olmuş, ən azı 100 nəfər də yaralanmışdı.

  • Yazılıb
  • da (də) 2016 Sep 27
  • Göndərən مدير سايت Aran News