Tarix : 2016 Sep 27
Kod 50357

Almaniyada yenə məscid yandırıldı

Almaniya Drezden şəhərində Fatih məscidinə naməlum şəxslər hücum ediblər.
AranNews”, "dunyabulteni" saytına istinadən xəbər verir ki, Fateh məscidinin sədri Mahmud Bacaru, yerli saat ilə 22.00-da məsciddə böyük partlayış baş verdiyini deyib.
Hadisə anı kameralara əks olunub. Naməlum şəxs qaz şüşəsinə bənzəyən bir şeyi məscidin önünə qoyur. Daha sonra isə partlayış baş verib. Hazırda polis hadisə yerində araşdırmalar aparır.
Partlayışdan sonra yanğın baş verib və qonşuların müdaxiləsi yanğın söndürülüb. Hadisə zamanı yaralanan olmadığını bildirilib.

  • Yazılıb
  • da (də) 2016 Sep 27
  • Göndərən مدير سايت Aran News