Tarix : 2008 Jun 03
Kod 5036

İMAM XOMEYNİ İLƏ BAĞLI KONFRANS

İran İslam İnqilabı ölkənin dünya miqyasında inkişafına zəmin yaradıb
Azerbaijan Servisi/Aran Agentliyi
İslam-Azerinin tədbirdən verdiyi xəbərə görə,

Bakıda "Tural" restoranında İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “İmam Xomeyni: təfəkkürdə yeniçilik” mövzusunda elmi konfrans keçirilib.

İmam Xomeyninin vəfatının 19-cu ildönümü ilə bağlı təşkil edilən tədbirdə İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare İmam Xomeyni haqqında bəzi mətlələrə işarə edərək bildirib ki, İran İslam İnqilabı ölkənin dünya miqyasında inkişafına zəmin yaradıb. Hazırda İranın regionun inkişaf etmiş dövlətlərdən biri olduğunu söyləyən səfir qeyd edib ki, ölkəsinin qonşu dövlətlərlə, o cümlədən Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq edir. İlahiyyatçı-alim akademik Vasim Məmmədəliyev, Mədəniyyət Mərkəzinin rəhbəri Seyyid Əli Əkbər Ocaqnejad İmam Xomeyninin həyat və fəaliyyəti, onun İran İslam İnqilabı ilə yeniçilik yaratmasına işarə edib.

Məhəmməd Baqir Sayvər də konfransda çıxış edərək İmam Xomeyninin elmi yeniçiliyi ilə bağlı çıxış edib.
 
  • Yazılıb
  • da (də) 2008 Jun 03