Ermənistan ərazisində yerləşdirilən “İsgəndər” operativ-taktiki raketləri Rusiyadan NATO təhdidinə qarşı yönəlib.
Arannews- Ermənistanda yerləşdirilən “İsgəndər”lər NATO-nun ilk hədəfi olacaq.Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinin verdiyi məlumatina gorə, Ermənistanda sentyabr ayının 21-də hərbi parad zamanı nümayiş olunan “İsgəndər” operativ-taktiki raketləri beynəlxalq siyasi və hərbi ekspertlərin diqqətini yenidən Rusiya və NATO münasibətlərinə yönəldib. Belə ki, beynəlxalq ekspertlərin fikrincə, Ermənistan ərazisində yerləşdirilən “İsgəndər” operativ-taktiki raketləri Rusiyadan NATO təhdidinə qarşı yönəlib.
Cari ilin may ayında Rumıniyanın Deveselu şəhərində yerləşən hərbi bazada NATO-nun "Aegis" yerüstü RMS kompleksinin açılışı və bundan dərhal sonra Polşanın Redzikovo ərazisində analoji RMS komplekslərinin tikintisinə başlanarkən, Moskva bəyan edib:
“NATO-nun Avropada raketdən müdafiə sistemi yerləşdirməsi Rusiyanın milli təhlükəsizliyi üçün təhlükədir və regionda strateji sabitliyi pozacaq.
Bundan sonra Rusiya təhlükəsizlik məqsədi ilə əlaqədar “İsgəndər”lərdən istifadə olunacağına dair NATO-ya xəbərdarlıq edib”.
Beynəlxalq ekspertlərin gəldiyi qənaətə görə, bu gün Rusiyanın “İsgəndər” raket sistemlərini Ermənistanda yerləşdirməsi Ermənistana qarşı acıq təhlükə faktoru yaradacaq.
Belə ki, Rusiyanın NATO ilə mümkün qarşıdurma halında NATO-nun ilk hədəfi Rusiyanın raket artilleriya sistemlərini sıradan çıxarmaq olacaq. Bu da Rusiyanın bufer zona seçdiyi Ermənistan ərazisinin hədəf olaraq vurulması deməkdir.
Qeyd edək ki, ermənilərin bu gün regionda əzələ nümayişi hesab etdikləri, lakin özlərinin də bilmədikləri hegemon maraqlara qurban verilmiş ərazilərində mövcud olan “İsgəndər” kompleksi NATO-nun bir nömrəli hədəfi halına gəlib.