Səfir etimadnaməsini Azərbaycan prezidentə İlham Əliyevə təqdim etdikdən sonra səlahiyyətlərinin icrasına başlayacaq.
Arannews- İran İslam Respublikasının Azərbaycandakı yeni səfiri Cavad Cahangirzadə bu gün Bakıya gəlib.İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Səfir etimadnaməsini Azərbaycan prezident İlham Əliyevə təqdim etdikdən sonra səlahiyyətlərinin icrasına başlayacaq.
Qeyd edək ki, C. Cahangirzadə İran Şura Məclisində Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərindən nümayəndə olub. O, İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvi olub, ölkənin milli təhlükəsizlik üzrə strateji araşdırmalar mərkəzində ekspert və müdir kimi çalışıb. İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Səfir etimadnaməsini prezident İlham Əliyevə təqdim etdikdən sonra səlahiyyətlərinin icrasına başlayacaq.