Tarix : 2016 Sep 29
Kod 50368

Moskva və Bakının hərbi-texniki əməkdaşlıqlarının həcmi artıb

Azərbaycan Rusiya ilə kooperasiya çərçivəsində raketlər üçün komplektləşdirmə, eləcə də Rusiyanın “MiQ-29”, “Su-27”, “Su-25” və “Su-30” təyyarələri üçün detallar istehsal edir.
Arannews- Azərbaycan və Rusiyanın hərbi-texniki kooperasiyasının həcmi artıb
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “Sharg” İstehsalat Birliyinin baş direktoru İlqar Nəzərov Azərbaycan və Rusiya hərbi-texniki kooperasiyasının həcminin artdığını bildirib. 
“Həcm kiçik deyil: 2009-cu illə müqayisədə 4 dəfə artıqdır”, - İlqar Nəzərov Bakıda keçirilən “ADEX-2016” beynəlxalq sərgidə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Azərbaycan Rusiya ilə kooperasiya çərçivəsində raketlər üçün komplektləşdirmə, eləcə də Rusiyanın “MiQ-29”, “Su-27”, “Su-25” və “Su-30” təyyarələri üçün detallar istehsal edir.  


  • Yazılıb
  • da (də) 2016 Sep 29
  • Göndərən مدير سايت Aran News