Tarix : 2016 Sep 29
Kod 50369

Azərbaycanın maliyyə bazarında ciddi problemlər yaranmaqdadır

bunu millət vəkili Vahid Əhmədov deyib.
Arannews- “Azərbaycanın maliyyə bazarında ciddi problemlər yaranmaqdadır”.
bunu Azərbaycanın Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında millət vəkili Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, “Mərkəzi Bank haqqında” qanuna və digər qanunlara dəyişikliklər maliyyə bazarında ciddi problemlər yaradır:
 “Mərkəzi Bank manat kütləsini azaltmaqla inflyasiyanı cilovlamaq istəyir. Maliyyə Nazirliyi isə büdcədə kəsirin olmamasına çalışır. Maliyyə Bazarlarına Nəzarət Palatası banklarda problemin olmamasını istəyir. Palata banklarda sağlamlaşdırmaya nail olmaq üçün kredit verilməməsinə çalışır. Bütün bunlar çox ciddi problemlər yaradır”.
V.Əhmədov əlavə edib ki, aidiyyəti qurumlar ölkədə maliyyə-iqtisadi sabitliyin təmin olunmasına xidmət göstərən tədbirlər görməlidir.


  • Yazılıb
  • da (də) 2016 Sep 29
  • Göndərən مدير سايت Aran News