Tarix : 2016 Sep 29
Kod 50372

Seyid Həsən Nəsrullah: Suriyada son söz meydanda deyiləcək

Livan Hizbullah Hərakatının lideri Seyid Həsən Nəsrullah çıxışı zamanı bildirib ki, Suriya probleminin həlli üçün heç bir siyasi yol yoxdur.
AranNews” xəbər verir ki, "Əxbarul- Lubnan" saytının məlumatına görə, Seyid Həsən Nəsrullah bu sözləri Məhərrəm ayından əvvəl məddahlarla görüşündə deyib.
Seyid Həsən Nəsrullah Suriyada döyüşən Hizbullah əsgərlərini misal gətirərək bildirib ki, biz Suriyada öz varlığımızı müdafiə edirik və bunu hamı bilir. Qələbələrimiz çox olub. Əsas təhülkələri aradan gedib. Amma bu təhlükələr sona çatmayıb. Xüsusui ilə terrorçu qruplaşmalar Səudiyyə rejimi, Amerika, Qətər, Türkiyə və Fransa tərəfindən müdafiə olunurlar. 
Suriya probleminə toxunan Seyid Həsən Nəsrullah bildirib ki, Suriyadakı böhranın həlli üçün heç bir siyasi yol yoxdur. Son söz meydanda deyiləcək.
O həmçinin qeyd edib ki, Amerika və Rusiya arasındakı müzakirəlıərin nəticəsiz yekunlaşmasından sonra vəziyyət bir qədərdə çətinləşib. Suriyada heç bir silahlı mülayim müxalifət yoxdur. Bu qruplaşmalar ya "İŞİD" ya da "Ən-Nusra"ya yardım edirlər. Onlar Suriya torpaqlarında elədiyi bu bölgü və oyunu İraqa da keçmək istəyirdilər, ancaq İran və Ayətullah Sistanin cihad fətvası bunun qarşısını aldı.
H. Nəsrullah deyib ki, bu gün İraqda İŞİD-in tam məhv edilməsinə ümid var, lakin təhlükə də hələ qalmaqdadır. "Bu gün bölgədə həlledici şərait yaranlb. Səudiyyə Ərəbistan bölgədə qarşıdurmanı daha da alovlandırır. Ərəbistan İngiltərə və Amerikanın yardımı ilə bu qarşıdurmaları məzhəblərarası qarşıdurmaya çevirmək istəyir. Lakin bu qarşıdurmalar siyasidir və siyasidə qalacaq".
  • Yazılıb
  • da (də) 2016 Sep 29
  • Göndərən مدير سايت Aran News