Səudiyyə Ərəbistanında aylardır maaşlarını ala bilməyən əcnəbi fəhlələr yolu bağladılar.
“AranNews”, Dunyabulteni-nə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistandakı bir şirkətdə işləyən əcnəbi işçilər yeddi aydır ala bilmədikləri maaşlarına görə ölkənin şərqindəki bir yolu bağlayaraq, etiraz aksiyası keçiriblər.
Dammamdan Əl-Hasa şəhərinə gedən yolu bağlayan miqrant fəhlələrin əhsəriyyəti Hindistan və Pakistandan gələn fəhlələr olub. Yolun bağlanılması səbəbilə yolda böyük bir tıxac yaranıb.