Tarix : 2016 Sep 29
Kod 50373

Səudiyyə Ərəbistanında maaşlarını ala bilməyən əcnəbi fəhlələr yolları bağlayıb

Səudiyyə Ərəbistanında aylardır maaşlarını ala bilməyən əcnəbi fəhlələr yolu bağladılar.
AranNews”, Dunyabulteni-nə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistandakı bir şirkətdə işləyən əcnəbi işçilər yeddi aydır ala bilmədikləri maaşlarına görə ölkənin şərqindəki bir yolu bağlayaraq, etiraz aksiyası keçiriblər.
Dammamdan Əl-Hasa şəhərinə gedən yolu bağlayan miqrant fəhlələrin əhsəriyyəti Hindistan və Pakistandan gələn fəhlələr olub. Yolun bağlanılması səbəbilə yolda böyük bir tıxac yaranıb.
  • Yazılıb
  • da (də) 2016 Sep 29
  • Göndərən مدير سايت Aran News