İŞİD terrorçuları İraqın Neynəva vilayətinin polis rəisi Möhsün Əli əl-Cəburinin 4 qardaşını edam və təhülkəsizlik orqanları əməkdaşlarına məxsus 14 evi partladıb.
“Alalam”-in verdiyi xəbərə görə, "İŞİD" terrorçuları İraqın Neynəva vilayətinin polis rəisi Möhsün Əli əl-Cəburinin 4 qardaşını edam və təhülkəsizlik orqanları əməkdaşlarına məxsus 14 evi partladıb.
İŞİD terrorçuları Neynəva polis rəisi polkovnik Möhsün Əli Cəburini Mosul şəhərinin cənubunda yerləşən əl-Alil məntəqəsində əsir götürülüblər.
Əsir götürülən 4 nəfər polis rəisinin qardaşı olduqları üçün kütlə qarşısında güllələnərək qətlə yetiriliblər. Bununla yanaşı İŞİD terrorçuları ötən gün axşam vaxtı Mosulun cənubunda yerləşən Cəvzək və əl-Dəndan qəsəbələrində İŞİD 14 evi qarət etdikdən sonra onların hüquq mühafizə orqanlarına məxsus olması səbəbilə partlatdığı bildirilir.