Fələstinin HƏMAS hərəkatı Qüds İntifadasının (red- qiyam və ya müqavimət) 1-ci il dönümündə çağırış edib. 
  "Palestine Today"-in verdiyi xəbərə görə, Çağırışda Fələstin xalqından "qəzəb cüməsi" aksiya və iclaslarına qatılmaları istənilib. 
Bundan əlavə HƏMAS-da verilən məlumatda bildirilib ki, 2000-ci ilin sentyabr ayından bu günə qədər 100 mindən çox fələstinli işğalçı İsrail rejimi əsgərləri tərəfindən saxlanılıb. 
Təkcə 4 hamilə qadının İsrail rejimi həbsxanalarında övlad dünyaya gətirdiyi qeyd olunur.