Tarix : 2016 Sep 30
Kod 50378

Türkiyəli sələfi aliminin Yezid sevgisi

Sələfi alimi Abdullah Yolçu Əhli-beytə (ə) olan nifrəti və Yezidə olan sevgisi onu vadar edir ki, çox asanlıqla qatil Yezidə bəraət qazandırsın.
“AranNews”-un verdiyi məlumata görə, Türkiyə xalqı daima Əhli-Beyt sevər kimi yaşayıblar. Lakin son illərdə Türkiyədə vəhhabilik və sələfilik geniş şəkildə yayılmağa və qol-budaq açmağa başlayıb. 
Türkiyə xalqı vəhhabilik təhlükəsi zəminində bir çox müsəlman ölkələri ilə müqayisədə daha ayıq və ziyalı görünür. Lakin Türkiyədə dəridən qabığdan çıxaraq zalım Yezidə bəraət qazandırmaq istəyən, dini və məzhəbi düşmənçilik zəminində təkfirçi addımlarından qalmayan sələfi alimi Abdullah Yolçu kimi viruslar böyüməkdədir.
Bu şəxsin Əhli-beytə (ə) olan nifrəti və Yezidə olan sevgisi onu vadar edir ki, çox asanlıqla qatil Yezidə bəraət qazandırsın. O fikirlərində bildirir ki, Yezid hakimiyyətdədir və xəlifədir ona qarşı üsyan olmaz, amma özü Suriyada hakimiyyətə qarşı vuruşan qruplaşmaların müdafiəsi üçün dəridən qabığdan çıxıb. Şam deyilən həmin Suriya kı bir zaman orada "toxunulmaz" Yezid indi isə "cani Bəşər Əsəd" hakimiyyətdədir. 
O yaxşı bilir ki Yezid məcburi şəkildə alınan beyətlərlə xəlifə oldu. Xüsusilədə zinakar və şərabxor Yezidin hakimiyyəti İmam Əliyə qarşı vuruşan atası Müaviyədən ona miras qalmışdı.
Vəhhabi alimləri Yezidi dəstəkləməklə zalımın tərəfində durduqlarını və məzluma qarşı olduqlarını bir daha ortaya qoyurlar. /İslaminSesi/
  • Yazılıb
  • da (də) 2016 Sep 30
  • Göndərən مدير سايت Aran News