İranda olan Nigeriyalı tələbələrin nümayəndəsi, Nigeriya həkimlərinin Şeyx Zəkzakinin xanımının yaralarını müalicə etmədiklərini bildirib.
“AranNews”-un verdiyi məlumata görə, Şeyx Məhəmməd Əl-Şuayip qeyd edib ki, Nigeriya rsəmiləri buna icazə verməyib. Şeyx Zəkzaki və həyat yoldaşının vəziyyətini çox ağırdır. Uzun zamandır Şeyx Zəkzakinin vəziyyəti haqqında məlumatımız yoxdur. Çünki ailəsinə və yaxınlarına onunla görüşməyə icazə verilmir. Ondan aldığımız ən son məlumat gözündəki yara ilə bağlı idi. Bu günlərdə yeni bir məlumat əldə edə bilməmişik. Şeyx Zəkzakinin evinə və məscidə təşkil olunan hücumda həbs olunanlar hələ də həbsxanadadırlar və yalnız vəziyyəti yaxşı olmayanlar sərbəst buraxıldıb.
Şeyx Zəkzaki ilə birlikdə həbs olunan həyat yoldaşının vəziyyətinə dair açıqlama verən Məhəmməd Əl-Şuayip bildirib ki, xanımı ağır yaralıdır və hələ də həbsxanadadır. Şeyxin həyat yoldaşına bir neçə mərmi dəyib və həkimlər bütün güllələri çıxara bilməyiblər. Ölkədəki həkimlər bu güllələri çıxara bilmirlər. Rəsmi şəxslər isə Şeyx və həyat yoldaşının müalicə olunması üçün ölkə xaricinə çıxmasına icazə vermirlər. Bu vəziyyət insan haqlarına və din azadlığına ziddir.
O həmçinin qeyd edib ki, Şeyx Zəkzakinin sərbəst buraxılması üçün qardaşlarımız fəaliyyətlərini davam etdirirlər. Bu hərakat müxtəlif şəhərlərdə etirazlar təşkil edir. Nigeriya İslam Hərəkatı Şeyx Zəkzakinin yoxluğunda hərakatdan bir nəfər onun nümayəndəsi kimi vəziyyətə nəzarət edir. Nigeriya İslam Hərəkatının müxtəlif şəhərlərdə nümayəndəlikləri var.
Xatırladaq ki, dünən Nigeriyada özlərini "Save Zakzaky Life" adlandıran bir qrup Nigeriya şiələri başda prezident Məhəmməd Buhari olmaqla Nigeriya hökümətinə 1 həftə vaxt veriblər. Onlar öz tələblərində bildiriblər ki, həbsdə olan Nigeriya şiələrinin rəhbəri Şeyx Zəkzakini məhkəməsiz azad olunmasını istəyiblər. Əks halda paytaxt Abucaya hücum edib onu həbsxanadan azad edəcəyik.
Xatırladaq ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zaria şəhərində şiələrin toplaşdığı Bəqiyyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı təqribən 2000 nəfəri öldürmüşdü. Bundan sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya göndərilib. Onun 3 övladı şəhid edilib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zarya şəhərinə hücum zamanı ən az 300 Əhli-Beyt (ə) tərəfdarının öldürüldüyünü elan edib. Bəzi məlumatlara görə, hücum zamanı 1000-dək şiə qətliam olunub. Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır.
Nigeriyanın müxtəlif şəhərlərində Əhli-Beyt (ə) tərəfdarları dəfələrlə etiraz aksiyaları keçirərək Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzaki və digər məhbusların azadlığa buraxılmasını tələb ediblər. /maide/