Ermənistan və Azərbaycan liderləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına hazır deyillər.
Arannews- "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələlik şərait yaranmayıb". Bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib.
ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda Aspen Elmi Tədqiqat İnstitutu və “Atlantik” həftəlik dərgisinin təşkil etdiyi 8-ci illik forumda deyib: “Müasir dünyada Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişədir ki, onun nizamlanması hazırda mümkünsüz görünür, çünki, hər şeydən əvvəl, liderlər buna hazır deyillər”, - deyə Kerri qeyd edib.