Tarix : 2016 Oct 01
Kod 50381

XİN Rəhbəri: "Ermənistan qoşunlarının Ağdamda hərbi təlim keçirməsi böyük təxribatdır"

Elmar Məmmədyarov: " həmsədrlər Ermənistan tərəfinə çatdırsınlar ki, belə təxribatlardan çəkinsinlər"
Arannews- Təmas xəttində Ermənistan tərəfindən hərbi təlimlərin keçirilməsi məsələsi barədə Nyu-Yorkdakı çıxışımda da qeyd etmişəm. Orada bildirdim ki, bu, böyük təxribatdır".
bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.
"Əgər biz sülhdən danışırıqsa, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini deyiriksə, o zaman onların Ağdamda təlim keçirməsi təxribat, sülh prosesinə böyük zərbədir.
Bu baxımdan həmsədrlərə də bu barədə ətraflı məlumat vermişəm ki, onlar da Ermənistan tərəfinə çatdırsınlar ki, belə təxribatlardan çəkinsinlər", - deyə nazir qeyd edib.


  • Yazılıb
  • da (də) 2016 Oct 01
  • Göndərən مدير سايت Aran News