Tarix : 2016 Oct 01
Kod 50382

Azərbaycan hökuməti Məhərrəmlik ayinləri ilə bağlı məhdudiyyətləri artırıb

Dini ayinlər zamanı evlərdə toplaşmaq, küçələrə çıxmaq qanunvericiliklə yolverilməzdir.
Arannews- Azərbaycan Respublikasında, hökumət Məhərrəmlik ayinləri ilə bağlı məhdudiyyətləri artırıb.
Azərbaycan respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib: "Məhərrəmlik ayında dini xarakterli ayinlər yalnız məscidlərdə keçirilməlidir. Dini ayinlər zamanı evlərdə toplaşmaq, küçələrə çıxmaq qanunvericiliklə yolverilməzdir".
Onun sözlərinə görə, "Dini etiqad azadlığı haqqında" qanuna edilən dəyişilliklərlə artıq bu hallara yol verilmir.
Mübariz Qurbanlı Aşura simvollarının da  qadağan olduğunu vurğulayıb: "Müxtəlif dini atributları da nümayiş etdirmək olmaz".


  • Yazılıb
  • da (də) 2016 Oct 01
  • Göndərən مدير سايت Aran News