Tarix : 2016 Oct 02
Kod 50385

İranla Azərbaycan arasında yeni əməkdaşlıq

"Sədid" şirkəti və SOCAR arasında əməkdaşlıq hər iki ölkə üçün daha çox gəlir gətirə bilər.
Arannews- İranın "Sədid Holdinq" şirkəti Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ilə neft-qaz nəqli üzrə boru kəmərləri sahəsində əməkdaşlıq edəcək. Bunu "Sədid Holdinq" şirkətinin sədr müavini,  Polad borular, profillər istehsalçıları İttifaqının katibi Əmir Hüseyn Kavə deyib.
Onun sözlərinə görə, "Sədid" şirkəti və SOCAR arasında əməkdaşlıq hər iki ölkə üçün daha çox gəlir gətirə bilər. “Rusiyanın “Qazprom” şirkəti ilə də əməkdaşlıqda Azərbaycan tərəfinin potensialından istifadə etmək niyyətindəyik. səfirlərlə görüşümüz olub. Hazırda iş davam etdirilir, gözləyirik ki, iş başlasın”, - deyə Ə.H.Kavə  qeyd edib.
Ə. H. Kavə İranla Rusiya əməkdaşlığında Azərbaycanın rolundan danışaraq bildirib ki, “Sədid” şirkəti hazırda Rusiyanın "Qazprom" şirkəti ilə neft-qaz boru kəmərlərinin  layihələndirilməsi və təkmilləşdirilməsi layihəsini müzakirə edir: ”Biz istəyirik ki, İran  və Rusiyanın əməkdaşlığında Azərbaycanda rol oynasın. Ona görə ki, neft-qaz boru kəmərlərinin layihələndirilməsi və təkmilləşdirilməsi layihəsində İran, Rusiya və Azərbaycanın 3 tərəfli əməkdaşlığının önəmli və əsaslı olduğunu düşünürük.”
Şirkət rəsmisinin sözlərinə görə, hazırda İran Rusiyanın böyük şirkətləri ilə böyük  layihələrdə əməkdaşlıq üçün müzakirələr aparır: “Rusiyada daha çox İran şirkətlərini qeydiyyata alırıq. Yük daşımaları, ticarət  və nəqliyyatda Azərbaycan şirkətlərinin potensialından istifadə etməyi qərara almışıq.”
Qeyd edək ki,  “Sədid” holdinq yarım əsrdir ki, fəaliyyət göstərir. İranın ən böyük sənaye  şirkətlərindən biridir. Polad profayl,  boru  və  maşınqayırma sənayesi sahəsində fəaliyyət göstərir.


  • Yazılıb
  • da (də) 2016 Oct 02
  • Göndərən مدير سايت Aran News