Tarix : 2016 Oct 02
Kod 50386

Türkiyənin Azərbaycandan istəyi

Türkiyə Azərbaycanda FETÖ-ya qarşı aparılan əməliyyatların genişlənməsini və real istiqamətdə aparılmasını istəyir.
Arannews- Türkiyə Azərbaycandan geniş miqyaslı Gülən əməliyyatı istəyir.
Elxan Şahinoğlu: «Ərdoğanın Azərbaycana növbəti səfəri zamanı nələrin danışılacağır və ortaya hansı siyahıların qoyulacağı əsas məqamdır»
Fətullah Gülən şəbəkəsinin Azərbaycandakı gücü barədə Türkiyə mətbuatında yazılar davam edir. “Sözçü” qəzetinin bu mövzuda silsilə məqalələrlə çıxış edən yazarı Soner Yalçın bu dəfə Gülən şəbəkəsinin Azərbaycanın önməli nazirliklərində necə möhkəmlənməsi və Dövlət Neft Şirkətini necə nəzarətinə götürməsi barədə faktları açıqlayıb. Onun bu yazısı da Türkiyənin bir sıra müxtəlif media quruluşlarında təkrar dərc edilib. Soner Yalçın “Petrol devindeki FETÖ-culer” başlıqlı yazısında azərbaycanlı jurnalist Aqil Ələsgərin bu mövzuda Türkiyədə dərc olunan kitabından da bəhs edir.
Digər tərəfdən mühüm hökumət strukturlarında da Gülənçilərin yerləşdirildiyi barədə kifayət qədər xəbərlər var. Onlar sırasında Prezident Administrasiyası, Gənclər və İdman Nazirliyi və digər mühüm strukturların adı çəkilir. Ekspertlərin fikrincə, Türkiyə  tərəfi Azərbaycan hakimiyyətinə referenduma qədər vaxt vermişdi. Ötən müddət ərzində isə Ramil Usubov, Oqtay Əsədov Türkiyədə olublar və istisna deyil ki, Gülənlə bağlı məsələlərin müzakirəsi zamanı onların diqqətinə Ankaranın müəyyən istəkləri çatdırılıb. O zaman hazırda, referendumdan dərhal sonra Türkiyə mətbuatında gedən məqalələr Azərbaycan hakimiyyətinə Gülən şəbəkəsi ilə bağlı real addımların atılması tələbi sayıla bilərmi?
Atlas Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu hesab edir ki, bu məqalələrə iki cür qiymət vermək olar. Birinci odur ki, Türkiyə Azərbaycanda FETÖ-ya  qarşı aparılan əməliyyatların genişlənməsini və real istiqamətdə aparılmasını istəyir. Çünki hamı etiraf edir ki, Gülənin ən güclü ikinci dayağı məhz Azərbaycandadır: "Amma ikinci bir fikir də var ki, Türkiyə rəsmiləri Azərbaycanın Gülənə qarşı mübarizəsindən razıdırlar. Bəzi detallarla bağlı narazılıq olsa da, ümumi fikir müsbətdir. Türkiyə rəsmiləri son açıqlamalarında FETÖ ilə mübarizəyə görə Azərbaycana minnətdarlıqlarını bildirirlər. İndi bilmirik bu fikirlərin arxasında nə dayanır. Hansı iradlar bildirilir. Amma yəqin ki, yaxın müddətdə Ərdoğanın Azərbaycana səfəri olacaq. Əsas bu səfər zamanı nələrin danışılacağıdır və ortaya hansı siyahıların qoyulacağıdır. Çünki sonuncu səfəri zamanı Ərdoğanın Azərbaycan hökumətindən müəyyən istəkləri var idi. Düzdü bəzi addımlar atıldısa da, bir sıra addımlar hələ də aktual olaraq qalır. İndi Ərdoğan Azərbaycana səfər edərsə, yeni bir siyahı ilə gələcəkmi? Məncə bu sual haqqında düşünməyə dəyər".


  • Yazılıb
  • da (də) 2016 Oct 02
  • Göndərən مدير سايت Aran News