Arannews- Vahid Milli Hərəkat Partiyası oktyabrın 8-dəki parlament seçkisində əldə etdiyi səslərin hamısını müdafiə edəcək.bunu jurnalistlərə açıqlamasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib.
Onun sözlərinə görə, Vahid Milli Hərəkat Partiyası bütün Gürcüstanda qalib olacaq:
“Bizə deyirlər ki, Sameqrelo və Acarıstanda Vahid Milli Hərəkat qalib gələcək. Bu belə deyil. Əgər hökumət hansısa regionlardan birində uduzacağını təsdiq edirsə, demək o hər yerdə uduzacaq. Mən Gürcüstana dönəcəm və seçkinin nəticələrini müdafiə edəcəm. İvanişvili nədənsə səhərdən axşama qədər dönəcəyim təqdirdə mənim həbs olunacağımı deyir. O mənim gəlişimdən çox qorxur”.