Tarix : 2016 Oct 03
Kod 50390

İran-Azərbaycan birgə avtomobil zavodu ilk məhsulunu 2017-ci il buraxacaq

Azərbaycanın "AzEuroCar LLC" şirkəti və İran maşıqnqayırmasının böyük şirkəti "Iran Khodro" Neftçala rayonunda birgə müəssisənin yaradılması üçün ilk addımları atıblar.
Arannews- Azərbaycan-İran birgə avtomobil zavodu ilk məhsulunu 2017-ci ilin may ayında buraxacaq. Bu barədə İranın sənaye nazirinin müavini Cəfər Sarcini Məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanın "AzEuroCar LLC" şirkəti və İran maşıqnqayırmasının böyük şirkəti "Iran Khodro" Neftçala rayonunda birgə müəssisənin yaradılması üçün ilk addımları atıblar.
Qeyd edək ki, avqust ayında Neftçalada 10 ha ərazidə birgə avtomobil zavodunun təməlqoyma mərasimi keçiriilib.
Layihənin dəyəri 15 milyon dollar dəyərindədir. Bu zavodda İranın Dena, Runna, Soren və Samand avtomobil markaları istehsal ediləcək. Zavodun gücü ildə 10000 avtomobil istehsalı təşkil edəcək.
İlkin mərhələdə 300 işçi yerinin olması nəzərdə tutulan zavod artıq tikinti mərhələsindədir.
Layihə iştirakçıları hazır məhsulun təxminən 20 faizinin ixrac ediləcəyi barədə bildiriblər.


  • Yazılıb
  • da (də) 2016 Oct 03
  • Göndərən مدير سايت Aran News