Tarix : 2016 Oct 04
Kod 50403

Müsavatçı Məhbus azadlığa buraxılıb

Fərəc Kərimli azadlığa buraxılıb.
Arannews- Müsavat Partiyası başqanının həbsdə olan müavini Fərəc Kərimli azadlığa buraxılıb.
Bu barədə F. Kərimlinin vəkili Nemət Kərimli deyib ki, F. Kərimli cəzasının çəkilməmiş hissəsindən azad edilib. O, bu gün sərbəst buraxılıb.
Qeyd edək ki, Fərəc Kərimli və onun bitərəf olan qardaşı Sirac Kərimli 2014-cü ilin iyulunda narkotik dövriyyəsi ittihamı ilə həbs edilib. F.Kərimli 6,5 il, S.Kərimli isə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Ali Məhkəmə F. Kərimlinin cəzasını 3 ilə endirib. S. Kərimli isə 17 mart 2016-cı il tarixində azadlığa buraxılıb.


  • Yazılıb
  • da (də) 2016 Oct 04
  • Göndərən مدير سايت Aran News