Tarix : 2016 Oct 04
Kod 50404

Rusiya Prezidenti Qazaxıstana Səfər Edib

Putin və Nazarbayev Rusiya-Qazaxıstan münasibətlərinin və Avrasiya İqtisadi İttifaqı, eləcə də bir sıra regional birliklər çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə edəcəklər.
Arannews- Rusiya prezidenti Vladimir Putin Astanaya səfər etməyə hazırlaşır. 
Putin Qazaxıstan prezidenti Nursultan Nazarbayev ilə Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə edəcək. 
bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 
 “Putin və Nazarbayev Rusiya-Qazaxıstan münasibətlərinin və Avrasiya İqtisadi İttifaqı, eləcə də bir sıra regional birliklər çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə edəcəklər”, - məlumatda deyilir.
Görüş başa çatdıqdan sonra liderlər iki ölkənin iri sahibkarlarının iştirakı ilə keçiriləcək Rusiya-Qazaxıstan biznes forumunda çıxış edəcəklər.


  • Yazılıb
  • da (də) 2016 Oct 04
  • Göndərən مدير سايت Aran News