Putin və Nazarbayev Rusiya-Qazaxıstan münasibətlərinin və Avrasiya İqtisadi İttifaqı, eləcə də bir sıra regional birliklər çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə edəcəklər.
Arannews- Rusiya prezidenti Vladimir Putin Astanaya səfər etməyə hazırlaşır. Putin Qazaxıstan prezidenti Nursultan Nazarbayev ilə Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə edəcək.
bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Putin və Nazarbayev Rusiya-Qazaxıstan münasibətlərinin və Avrasiya İqtisadi İttifaqı, eləcə də bir sıra regional birliklər çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə edəcəklər”, - məlumatda deyilir.
Görüş başa çatdıqdan sonra liderlər iki ölkənin iri sahibkarlarının iştirakı ilə keçiriləcək Rusiya-Qazaxıstan biznes forumunda çıxış edəcəklər.