Ermənistan prezidentinin əmri ilə Viqen Sarkisyan müdafiə naziri vəzifəsinə təyin olunub.
Arannews- Prezident Serj Sarkisyanın əmri ilə Viqen Sarkisyan Ermənistan prezidenti Aparatının rəhbəri vəzifəsindən azad olunub.bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən bildiriblər.
Digər əmrlə Viqen Sarkisyan Ermənistan müdafiə naziri vəzifəsinə təyin olunub.
Bununla yanaşı, Ermənistan prezidentinin əmri ilə Armen Gevorkyan Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad olunub və o, Ermənistan prezidenti Aparatının rəhbəri vəzifəsinə təyin olunub.
Yuri Xaçaturov Ermənistan Silahlı Qüvvələri Baş qərargah rəisi vəzifəsindən azad olunaraq Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunub. Ermənistan Silahlı Qüvvələri Baş qərargah rəisi vəzifəsinə əvvəllər rəis müavini olan Movses Akopyan təyin olunub.