Hacı Taleh: "Bu gün cəmiyyətdə hər hansı ruhani, alim önəm daşımır. Artıq yezid hakimiyyəti məlumdur. Onların bizə etdikləri zülmdür".
Arannews- Oktyabrın 5-də "Müsəlman Birliyi" Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadənin növbəti məhkəmə iclası keçirilib.
Zülmə qarşı mübarizə haqq işidir :
hakim Əlövsət Abbasovun sədrliyi ilə proses başlamazdan əvvəl Taleh Bağırzadə çıxış edərək bildirib ki, zülmə qarşı mübarizə aparmaq haqq işidir:"Bu gün cəmiyyətdə hər hansı ruhani, alim önəm daşımır. Artıq yezid hakimiyyəti məlumdur. Onların bizə etdikləri zülmdür. Düşmənlər məqsədli şəkildə müsəlmanları firqələrə bölmək istəyirlər. Yəni parçala, hökm et. Biz düzgün mövqe tutmuşuq. Hamımız müsəlmanıq. Bizə bu qədər zülm olunur. Lakin köməyi başqa yerdə axtarırıq. Artıq bıçaq sümüyə dirənib. Bəziləri məqsədli, bəziləri məqsəd olmadan ixtilaf salmaq istəyirlər. Onların hamısı hökümətə xidmət edirlər. Bizim Allahşükürlə, hacı Şahinlə problemimiz yoxdur. Kiminləsə işimiz yoxdur. Daşı atanların kim olduğunu bilirik. Əsas düşmən başda oturub. Biz bu gün xalq olaraq bütün dünyaya səs salmalıyıq. Təhlükələrin qarşısında duruş gətirmək lazımdır. Bu hakimiyyət bundan o tərəfə bizə heç nə edə bilməzdi.Gəlib danışırlar. Deyirəm, elə bir maddə yoxdur ki, mənə verməyəsiniz. Qalıb ölmək o da bizim üçün ən şərəfli işdir. Bunlar xalqın qarşısından qaçmalıdırlar. Lakin yenə də gəlib həyasızcasına danışırlar. Keçən il Nardaranda elə bil Qarabağı almışdılar. "Bandotdel"də bayram edirdilər. Deyirdim ki, burada polis ölüb. Bir il keçdi, bizim mənəvi qələbə çaldığımız məlum oldu. Keçən dəfə də dedim ki, bunlar istəyir Kəbə evinin içinə girsinlər, üstünə çıxsınlar paklanan deyillər".
Bu qərar Prezident Aparatından verilib :
Daha sonra proses başlayıb. İclasda çıxış edən Taleh Bağırzadə deyib ki, onu beş gündür cərimə kamerasında saxlayırlar: "Aşura məclisləri barədə etdiyim müraciətdən sonra bir bəhanə gətirib məni karsa salıblar. Lakin açıq- aydın deyirlər ki, səni çıxışlarına görə incidirik və bu qərar Prezident Aparatından verilib. Prezident Aparatı öz mahiyyətini bir daha göstərdi. Mən bunları qorxumdan demirəm. İstəyirəm ki, siz də biləsiniz. Bizə təzyiq olunur ki, fikirlərimiz cəmiyyətə çatdırılmasın. Beş gündür karsdayam. Adın qoyublar ki, guya səs-küy salmışam. Lakin nəyə görə olduğunu özləri də etiraf edirlər".