Tarix : 2016 Oct 06
Kod 50414

Nardaranlı dindar saxlanılıb

30 yaşlı Hüseynağa Məmmədbağır oğlu Hüseynovu yaşadığı evin yaxınlığında zorla maşına mindirib aparıblar.
Arannews- “Nardaran işi” üzrə həbs olunan  Abbas Hüseynin qardaşı saxlanılıb. 
30 yaşlı Hüseynağa Məmmədbağır oğlu Hüseynovu yaşadığı evin yaxınlığında zorla maşına mindirib aparıblar.
Hüseynağa Hüseynovu həbs etməyə iki maşın silahlı gəlib. Onlar yaxınlaşaraq, Hüseynağa Hüseynovun kim olduğunu soruşublar. Özünü təqdim edəndən sonra onu zorla naməlum istiqamətə aparıblar. Yaxınları onun yerini müəyyənləşdirmək üçün müxtəlif polis idarələrinə müraciət ediblər. Sonradan öyrəniblər ki, onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparıblar. Onun hansı səbəbdən saxlanıldığı barədə yaxınlarına heç bir məlumat verilmir.
Hüseynağa Hüseynovun qarşıdan gələn Aşura və Tasua günləri ilə bağlı saxlanıldığını ehtimal edilir.


  • Yazılıb
  • da (də) 2016 Oct 06
  • Göndərən مدير سايت Aran News